DİQQƏT! Bakıda sürət həddini 140-a qaldırdılar - YENİLƏNİB - FOTO

Avtoxəbər 31 Yanvar 2015 11:10 Oxunub 6549
DİQQƏT! Bakıda sürət həddini 140-a qaldırdılar - YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NİİM Sabunçu körpüsünün yanındakı tabloda sürət həddini 140 göstərir; ya səhv ediblər, ya da yuxulu olublar

Bakıda qəribə olay baş verib. Yanvarın 30-da axşam saatlarında Avtosfer.az-ın əməkdaşı Heydər Əliyev prospektində qəribə mənzərə ilə rastlaşıb. Sabunçu körpüsünün yaxınlığında sürət tablosundakı sol lövhədə sürət həddi 140 km/saat göstərilir. Bunu görən sürücülər çaşqınlıq keçiriblər. Çünki körpünü keçəndən təxminən 300 metr sonrakı tabloda sürət 120 km/saat göstərilir.

Həmin ərazidə yolun əks tərəfindəki tablolar isə işləmir.

Maraqlıdır ki, aeroport istiqamətində hərəkət edərkən Sabunçu körpüsü yaxınlığındakı tabloda soldakı lövhədə 140, ondan sağdakında isə 120 km/saat göstərilir. Lap sağdakı lövhələrdə 100 və 80 km/saat sürət tətbiq olunur. 140 km/saat sürət göstərilən tablo bu fotodakı tablodan geridəkindədir. Həmin ərazidə sürət həddi yüksək olduğu üçün dayanıb foto çəkmək mümkün olmayıb. Lakin əməkdaşımız saat 20:00-da həmin ərazidən keçib və 00:26-da geri qayıdarkən eyni mənzərənin şahidi olub.

Ola bilsin ki, bu mənzərə texniki nasazlıq ucbatından yaranıb. Lakin hər gün Bakının bütün nəqliyyat sisteminə nəzarət etdiyini deyən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nədənsə bu biabırçılığı görmür. Ola bilsin ki, NİİM-in gecə növbəsi şirin yuxuya dalıb. Lakin nəzərə almaq lazımdır ki, bu cür səhvə görə sürücü məsuliyyət daşımır. Sabah hansısa sürücü məhz bu tablodakı yalnışlığa görə radara düşərsə, əlbəttə, burada məsuliyyət NİİM-in üzərinə düşür. Bundan əlavə, bu gün Azərbaycan qanunvericiliyində 110 km/saatdan artıq sürət rejimi tətbiq oluna bilməz. Nəqliyyat Nazirliyi isə artıq bir neçə ildir ki, qanunu bir kənara qoyaraq 120 km/saat sürət rejimi tətbiq edir. Doğrudur, elə yollarımız var ki, orada 120-140 km/saat sürətlə hərəkət etmək olar. Amma bunu qanuna uyğunlaşdırmaq lazımdır. Bu gün 140 km/saat sürət rejiminin tətbiqi isə ya zarafatdır, ya texniki səhvdir, ya da özbaşınalığın göstəricisidir.

 

***

Bu gün günorta saatlarında artıq məsələ həll olunub və sürət həddi 120-yə endirilib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sanan 10 Noyabr 2014 22:55
beledide camaat cashsin 140 sursun radara dushsunler kutlevi shekilde. duzgunluk yoxdur!Hal hazirda mende cerime var odenish etmishem yerinde yenede bildiriblerki odenish etmemisiz.DYP umumiyyetle yolda ishleyir idare online mektublar hecne cavab yoxdur.Cox acinacaqli veziyyetdedir bu struktur Polis sistemi esas!!! avtomobil nomre nishanlarini dehwetli qiymetlere satilir 50-min 100-min 200-min.mumkun deyil qarshisini almag hec vaxtda mumkun olmayacaq!!!