Lüis Hemilton: “Ferrari”dən bu cür tənəzzül gözləmirdim”

Yarışma 9 Oktyabr 2018 14:03 Oxunub 1876
Lüis Hemilton: “Ferrari”dən bu cür tənəzzül gözləmirdim”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Son 2-3 Qran-pridə heç nə edə bilmədilər”

“Mövsümün sonunda “Ferrari”dən bu cür tənəzzül gözləmirdim”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton Yaponiya Qran-prisində əldə etdiyi qələbədən sonra deyib. Cari mövsümdə 331 xalla şəxsi hesabda 1-ci pillədə qərarlaşan britaniyalı pilot əsas rəqibi olan “Ferrari” komandasının zəif çıxışına diqqət çəkib: “Ferrari” mövsümün ortasına qədər yaxşı idi. Montsada rəqabət aparacaq durumda olsalar da, Sinqapurda vəziyyətlətləri pisləşdi. Onların bu cür təslim olacağını gözləmirdim. Son 2-3 Qran-pridə heç nə edə bilmədilər. Rəqabət qabiliyyətlərinin bu cür azalmasının səbəbini izah edə bilmərəm. Əminəm ki, bunu ən yaxşı Fettel söyləyə bilər”. L.Hemilton 2018-ci il mövsümünün başa çatmasına 4 mərhələ qalmış ən yaxın izləyici – “Ferrari”nin piltonu Sebastyan Fetteli 67 xal qabaqlayır. Bu isə britaniyalının çempionluğu böyük ölçüdə təmin etməsi deməkdir. Qeyd edək ki, ötən mövsümün qalibi olan L.Hemilton Azərbaycan Qran-prisində də birinci yeri tutmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh