Azərbaycan 10 döyüş təyyarəsi aldı – VİDEO

Yeniliklər 9 Oktyabr 2018 20:28 Oxunub 1480
Azərbaycan 10 döyüş təyyarəsi aldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu mühərriklər hava gəmisinə saatda 1050 kilometr sürətə çatmağa imkan verir

Azərbaycan İtaliyadan 10 ədəd “M-346” tədris-döyüş təyyarəsini əldə edib və 15 belə təyyarəni sifariş edib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın ridus.ru portalı bildirib. “M-346” İtaliya və başqa ölkələrin Hərbi-Hava Qüvvələrinin pilotlarının uçuş hazırlığı üçün nəzərdə tutulmuş təyyarədir. Təyyarə iki “F-124-GA-200” turboreaktiv mühərriki ilə təhciz edilib. Bu mühərriklər hava gəmisinə saatda 1050 kilometr sürətə çatmağa imkan verir. “M-346” 3 tona qədər çəkisi olan mərmilər və bomba daşıya bilir. İtaliyanın Hərbi Hava Qüvvələrinin silahlanmasında 18 belə təyyarə var. Belə təyyarələrin sayı Sinqapurda 12, İsrail 30, Polşada isə 8 ədəddir. Təyyarələri istehsal edən “Leonardo Aircraft” şirkətinin müştəriləri arasında Azərbaycan Müdafiə Nazirliyi də var. Azərbaycan bu təyyarələri ilk dəfə 2017-ci ilin mayında nümayiş etdirmişdi. Ancaq həmin vaxt Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilmiş bu təyyarələrin sayı haqqında informasiya elan edilməmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh