Özünü ''ağıllı'' sayan sürücülər: Bu pozuntu ciddi təhlükə ilə yanaşı tıxaca da səbəb olur - VİDEO
Avtosfer TV 9 Oktyabr 2018 21:01 1015 dəfə oxunub
Özünü ''ağıllı'' sayan sürücülər: Bu pozuntu ciddi təhlükə ilə yanaşı tıxaca da səbəb olur - VİDEO
Belə sürüclər kütləvi şəkildə cərimələnsə, belə halların sayı azalar

Paytaxtda bəzi sürücülər yolda biraz tıxac görən kimi qarşı hərkət zolağına çıxaraq hərəkət edirlər. Avtosfer.az xəbər verir ki, tıxacda qalma müddəti artdıqdaprosseshətta kütləvi şəkildə də törədilir. Bu isə kobud qayda pozuntusu ilə yanaşı həmdə sürücü mədəniyyətsizliyi kimi qiymətləndirilir. Çünki bu hərəkəti edən sürücülərdigərlərinində hərəkətinə mane olurlar. Yolda tıxac müşahidə edilir, bunu görən səbirsiz sürücülər isə qoşa xəttin tələbəni pozaraq qarşı hərkət zolağına çıxır. hətta bu sürücülərdən biri qarşıdan gələn avtomobillərə mane olduqunu görüb yenidən öz zolağına qayıtmağa çalışır. Amma yoluyla gedən sürücü buna imkan vermir. Paytaxtda tıxaclı yollarda sürücülərin qarşı hərəkət zolağına çıxıb hərkət etməsi adi hala çevrilib. Üstəlik əksər hallarda bu pozuntu kütləvi şəkildə edilir. Mütəxəsislər isə bunu sürücü mədəniyyətsizliyi adlandırır və qanunvericiliyə əsasən bu xətaya yol verən sürücüləriciddi cəzalar gözlədiyini bildirir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə sürüclər kütləvi şəkildə cərimələnsə, belə halların sayı azalar. Amma bununla yanaşı ictimai qınaqda önəmlidir. Məsələn çəkilən bu görüntülər də qayda pozan sürücülərin cərimələnməsi üçün kifayət edir. Qeyd edək ki, bu kimi pozuntular paytaxtdakı tıxacların müddətini daha da uzadır və əlavə sıxlıqın yaranmasına səbəb olur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh