Ata və qızı yol qəzasında ağır yaralanıb - Cəlilabadda

Qəzalar 10 Oktyabr 2018 06:55 Oxunub 631
Ata və qızı yol qəzasında ağır yaralanıb - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azyaşlının vəziyyətinin kritik olduğu bildirilir

Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin "TIR" yük avtomobili ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Cavid Elman oğlu Qasımov və onun qızı, 5 yaşlı Lalə Cavid qızı Qasımova ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyətinin kritik olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh