Bakı-Sumqayıt yolunda qəza: yol polisinin oğlu ölüb – VİDEO

Qəzalar 10 Oktyabr 2018 10:47 Oxunub 2281
Bakı-Sumqayıt yolunda qəza: yol polisinin oğlu ölüb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.  Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb. Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.  Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub. Faktla bağlı araşdırma aparılır.

****09.19

Bakı-Sumqayıt magistralında avtomobil qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb. Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində yolda tıxac yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh