Səfirliyin avtomobil qəzaya düşdü - Bakıda

Qəzalar 10 Oktyabr 2018 10:13 Oxunub 829
Səfirliyin avtomobil qəzaya düşdü - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda səfirliyə məxsus avtomobil qəzaya uğrayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yaşayan, 1977-ci il təvəllüdlü Bayat Conatanın idarə etdiyi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə məxsus 060 D 038 dövlət qeydiyyat nişanlı avtomaşınla 1976-cı il təvəllüdlü Faiq Abdullayevin idarə etdiyi "Sang Song Koranado" markalı 90 VM 912 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh