“Ciu Citsu” üzrə millimiz dünya çempionatında

Yeniliklər 10 Oktyabr 2018 16:09 Oxunub 2047
“Ciu Citsu” üzrə millimiz dünya çempionatında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Milli komandanın üvü Fərid Mayılovda yarış öncəsi fikirlərini bölüşüb:

Oktyabrın 12-14-də Çexiyanın Astrava şəhərində “Ciu Citsu” üzrə Dünya çempionatına start veriləcək.

Primetime.az xəbər verir ki, yarışda ölkəmizi milli komandadan 7 nəfər idmançı təmsil edəcək. İdamçılarımız turnirdə Ciu Citsunun 3 növü üzrə yarışa çıxacaqlar. Millimiz ötən il 19 ölkə arasında  3-cü yerə kimi yüksəliblər. Milli komandanın baş məşqçisi Rəsul Məmmədov  yarışda iştirak edəcək idmançılarımızda ümidli olduğunu bildirib:

“İdmançıların tam heyyəti Daxili İşlər Nazirliyinin İdman cəmiyyətinin yetirmələridir. Hətta oların aralarında polis əməkdaşı belə var. Hər il bu yarışlarda iştirak edirik və yüksək nəticələr əldə edirik. Bir neçə il bundan qabaq Azərbaycan dünya onluğuna çətinliklə daxil olurdusa, bu illərdə artıq isə 5-likdəyik. Umid edirəm ki, bu ildə medal sayımız çox olacaq”.

 Milli komandanın üvü Fərid Mayılovda yarış öncəsi fikirlərini bölüşüb:

“3 aydır ki, gündə 2 dəfə təlim-məşq toplantıları keçirilir. Yəqin ki, bu əziyyətimiz hədər getməz. Bayrağımızı yüksəkliklərə qaldırıb, himnimiz səsləndirərik. Onu da qeyd edim ki, mən eyni zamanda məşqçi kimi fəaliyyət göstərirəm. Hazırda tələbələrimdən bir erməni idmançı ilə üz-üzə gələrək, qalib olub. Bu da bizim üçün bir stimuldur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh