"Xaliq Faiqoğlu" Bakıya 70 ədəd "Avro 6" sərnişin avtobusu gətirir

Yeniliklər 11 Oktyabr 2018 11:42 Oxunub 1382
"Xaliq Faiqoğlu" Bakıya 70 ədəd "Avro 6" sərnişin avtobusu gətirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət tədbirlərini davam etdirir

Bakı şəhərinə 70 ədəd "Avro 6" emissiyalı müasir avtobuslar gətiriləcək. Bu barədə Avtosfer.az-a “Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib. Məlumatda bildirilir ki, şirkət bu barədə tədbirlərini davam etdirir: ""Xaliq Faiqoğlu" MMC beynəlxalq maliyyə institutu olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" ilə əməkdaşlığa başlayıb və iyul ayının 12-də bununla bağlı əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində şirkət Bakı şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcək". Şirkətdən qeyd ediblər ki, sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanıb və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh