Bakıda daha 62 avtobusun “BakıKart” sisteminə qoşulması planlaşdırılır
Gündəm 11 Oktyabr 2018 11:45 228 dəfə oxunub
Bakıda daha 62 avtobusun “BakıKart” sisteminə qoşulması planlaşdırılır
Şirkətin bütün avtobusları video-müşahidə sistemləri ilə təchiz olunub

“Xaliq Faiqoğlu” şirkəti bu ilin sonunadək marşrut xəttindəki 62 avtobusu yeni və müasir avtobusla əvəzləyəcək. Bu barədə Avtosfer.az-a şirkətdən məlumat verilib. Məlumatda bildirilir ki, həmin avtobusların “BakıKart” sisteminə qoşulması planlaşdırılır: "15 ilə yaxındır Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC 2015-ci ildən korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb. Yerli və xarici maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər hesabına son üç ildə avtobus parkını beynəlxalq və ekoloji standartlara cavab verən avtobuslarla mütəmadi yeniləyən yeganə özəl daşıyıcı olan şirkət 1 sentyabr 2016-cı il tarixindən istismarında olan avtobuslarda elektron ödəniş sisteminin (Bakı Kart) tətiqinə başlayıb və hal-hazırda 14 marşrut xəttindən 9-da “Bakı Kart” sistemi mövcuddur. Ümumilikdə isə şirkət 226 sərnişin avtobusu ilə əhaliyə xidmət göstərir və onlardan 164-də kartla ödəmə sistemi tətbiq edilir".

Məlumatda qeyd edilir ki, şirkətin istismarında olan bütün avtobuslar video-müşahidə sistemləri ilə təchiz olunub, gün ərzində mərkəzi müşahidə şöbəsi tərəfindən sürücülərin fəaliyyəti kameralar vasitəsilə izlənilir. Şirkətin sürücüləri hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənir və ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman yüksək peşəkarlıqları ilə seçilib: "Sürücü qismində işə qəbul olunan namizədlərə olan əsas tələblər ilk növbədə sağlamlıq göstəriciləri, narkoloji test və məhkumluğun olmamasıdır. Şirkətin təmir mərkəzində xüsusi tibb məntəqəsi mövcuddur ki, qanunvericiliyin tələbini əsas tutaraq reysqabağı bütün sürücülər alkotestdən keçirilir".

 

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh