Ötən gün baş verən yol qəzalarında – 1 ölü, 1 yaralı
Gündəm 11 Oktyabr 2018 12:51 149 dəfə oxunub
Ötən gün baş verən yol qəzalarında – 1 ölü, 1 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh