Baş həkim avtomobillə piyadanı vurub öldürdü - Bakıda

Qəzalar 11 Oktyabr 2018 12:55 Oxunub 922
Baş həkim avtomobillə piyadanı vurub öldürdü - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh