Aeroportlara Mendeleyev, Dostoyevski və Tolstoyun adları verilə bilər
Gündəm 11 Oktyabr 2018 13:26 209 dəfə oxunub
Aeroportlara Mendeleyev, Dostoyevski və Tolstoyun adları verilə bilər
Qaliblər dekabrın 5-də elan ediləcək

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən 3 aeroporta Dmitri Mendeleyev, Fyodor Dostoyevski və Lev Tolstoyun adları verilə bilər. Avtosfer.az “Report”a istinadən xəbər verir. Məlumata görə, bu gündən ölkədə "Rusiyanın Böyük Adları" layihəsinin reallaşdırılmasına başlayacaq və bu layihə çərçivəsində ölkənin 45 tanınmış şəxsi seçilərək onların adları Rusiyadakı hava limanlarına veriləcək. Potensial namizədlər arasında adları çəkilən 3 ictimai xadim də var. Belə ki, Vnukovo hava limanının D.Mendeleyevin, Şeremetova hava limanının F.Dostoyevskinin, Domodedovo hava limanının isə L.Tolstoyun adını daşıması nəzərdə tutulub. Yekun qərar ümumxalq səsverməsi əsasında, noyabrın 8-dən 30-na qədər veriləcək. Qaliblər dekabrın 5-də elan ediləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh