Baş həkimin avtomobillə vurduğu piyada 12 gün sonra öldü
Gündəm 11 Oktyabr 2018 14:13 242 dəfə oxunub
Baş həkimin avtomobillə vurduğu piyada 12 gün sonra öldü
“Bu başqa vaxt ölsəydi, meyidi onsuz imkansızlıqdan yerdə qalacaqdı”

Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vuran baş həkim Arif Yunusov hadisəyə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, A.Yunusov “qafqazinfo”ya müraciətində qeyd edib ki, o, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının yox, 16 saylı TTYS-nın baş həkimidir: “Bu hadisə sentyabrın 28-də axşam saat 19:30-da baş verib. Piyada Yəhya Məmmədov küçələrdə yaşayan bomj və alkoqolik olub. Bordürdən səkiyə qalxmaq istəyəndə içkili olduğu üçün arxa üstə yıxılaraq başı maşınımın padpresinə dəydi. 30-40 sürətlə getdiyim halda bu hadisə başıma gəldi. Çünki dar bir yoldur. Mənə camaat dedi ki, ona kömək etməyim. Elə hadisə yerindəcə qoyum gedim. Deyirdilər ki, o elə ölməyə layiq idi. Heyf ki qanı gəlib mənə toxundu. Ancaq mən insanlıq və həkimlik borcumu yerinə yetirdim. Hadisə yerinə həkim, polis və təhqiqatçı çağırdım. O, yüngül beyin silkələnməsi və aşağı qamış sümüyünün sınığı diaqnozu ilə 12 gün xəstəxanada yatıb. Qanında həmin gün 2,9 faiz etanol çıxmışdı. Bu 12 gün ərzində ona xəstəxanada hər gün baş çəkmişəm. Özünə də gəlmişdi, danışırdı. Ölüm diaqnozu isə ağciyər və böyrək çatışmazlığından baş verdi. Qəzayla heç bir əlaqəsi yoxdur”. Baş həkim əlavə edib ki, mərhumun ailəsi də ondan şikayətçi deyil: “Bir bacısı var, kasıb ailədir. Digər qardaşı da alkoqolikdir. Onun bütün dəfn və yas xərclərini özüm qarşılamışam. Ailəsi deyir ki, bu başqa vaxt ölsəydi, meyidi onsuz imkansızlıqdan yerdə qalacaqdı”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh