302 saylı məktəbdə intihara CƏHD
Gündəm 11 Oktyabr 2018 14:41 241 dəfə oxunub
302 saylı məktəbdə intihara CƏHD
Məktəb rəhbərliyi şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib

Bu gün səhər saatlarında 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. Avtosfer.az xəbər verir ki, məktəbdən “qafqazinfo”ya daxil olan məlumata görə, şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil. O, dini təriqətə qoşulmuş valideynlərinin təsiri altındadır: “Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları rəhbərliyə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”. Qeyd edək ki, ötən gün də 76 nömrəli tam orta məktəbdə 6-cı sinif şagirdi dəhlizdə gözyaşardıcı qaz sıxdığından şagirdlər təxliyyə olunmuşdu.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh