Bu yolda rənglənmə işləri aparılacaq
Gündəm 11 Oktyabr 2018 15:24 274 dəfə oxunub
Bu yolda rənglənmə işləri aparılacaq
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, işlər səhər saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh