Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb
Gündəm 11 Oktyabr 2018 15:44 273 dəfə oxunub
Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb
“Qanunsuz ov son 3 ayda artıb”

Son 6 ay ərzində qanunsuz ov edən 63 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib. H.Əlizadənin sözlərinə görə, saxlanılan şəxslərdən 56 tüfəng, 110-dan artıq patron aşkar edilərək götürülüb: "Həmin şəxslər arasında ölkəmizə turist kimi gələn əcnəbi vətəndaşlar da var. Əsasən qanunsuz ov son 3 ayda artıb. Son 3 ayda 50-yə qədər vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh