Bakıda yeni fırıldaqçı peyda olub: Özünü maşınların altına atır - VİDEO
Avtosfer TV 11 Oktyabr 2018 16:32 979 dəfə oxunub
Bakıda yeni fırıldaqçı peyda olub: Özünü maşınların altına atır - VİDEO
Avtomobilin getdiyini görüb ayağa qalxır

Bakıda daha bir fırıldaqçı peyda olub. Avtosfer.az-a xəbər verən sürücü bildirib ki, paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində avtomobilini arxaya verərkən bir piyada qəsdən özünü maşının ön hissəsinə çırparaq yerə yıxılıb və yerdə çırpınmağa başlayıb. Sürücü bunun fırıldaq olduğunu bildiyi üçün heç bir reaksiya verməyib. Piyada ona reaksiya verilmədiyini gördükdə yerə tam uzanaraq "huşunu itirmiş" kimi göstərib. Lakin avtomobilin getdiyini gördükdən sonra ayağa qalxaraq yoluna davam edib.

Sürücü onu da bildirir ki, həmin fırıldaq edən şəxs qeyd olunan küçədə hər gün bu əməliylə bir neçə avtomobilin üzərinə yıxılaraq sürücüləri şərləyir.

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh