Maşına vinil vurmaq konstruksiya dəyişikliyidir? -DYP "hə", ekspert "yox" deyir

Xəbərlər 13 Oktyabr 2018 00:57 Oxunub 20111
Maşına vinil vurmaq konstruksiya dəyişikliyidir? -DYP "hə", ekspert "yox" deyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
150 manat məbləğində cərimə tətbiq olunub

Oxucularımızdan biri redaksiyamıza müraciət edərək yol polisi ilə yaranmış problem barədə məlumat verib. Oxucu bildirir ki, idarə etdiyi 90 BD 661 dövlət nömrə nişanlı, "Opel Vita" markalı avtomobili YPX əməkdaşı tərəfindən saxlanılıb. Saxlama səbəbi olaraq yol polisi bildirib ki, avtomobilin rəngi boz olduğu halda damına qara rəngli vinil vurulub. Sürücüyə bildirilib ki, bu konstruksiya dəyişikliyidir və avtomobil duracağa getməlidir. Sürücü YPX əməkdaşına bunun konstruksiya dəyişikliyi olmadığını, yerində aradan qaldırılması mümkün olan xəta olduğunu deyib. Sürücü  YPX əməkdaşından protokol tərtib etməsini və avtomobilin damındakı vinili yerində sökəcəyini bildirib. Lakin YPX əməkdaşı avtomobili cərimə meydançasına aparıb və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə  gəlməsini deyib. Sürücü deyilən ünvana gedərək 7-ci otaqda Zeynal adlı əməkdaşla görüşüb. Sürücüyə bildirilib ki, ona konstruksiya dəyişikliyi etdiyi üçün 150 manat məbləğində cərimə tətbiq olunub. Cəriməni ödəyib avtomobili götürə bilər. 
Etiraz etsə də sürücünün haqsız olduğu bildirilib. 
Şikayətçi deyir ki, əvvəla bu konstruksiya dəyişikliyi deyil. İkincisi olsa belə yerində aradan qaldırılması mümkündür. YPX əməkdaşları qanunun tələblərinin pozulmasını aradan qaldırırlar. Qanun pozulubsa, yerində aradan qaldırılması mümkündürsə niyə avtomobili cərimə meydançasına aparıb vətəndaşı incidirlər.

Məsələ ilə bağlı açıqlama verən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, "Yol hərəkəti haqqında" qanuna görə, qeyd edilən məsələ konstruksiya dəyişikliyi deyil. “YPX əməkdaşı sürücüyə yerində cərimə tətbiq etməli və vinilin sökülməsini tələb etməli idi. Bu əslində qeydiyyatla bağlı olan bir problemdir. Sürücüyə təkrar qeydiyyat etmədiyi üçün maksimum 50 manat cərimə yazila bilər.”
Qeyd edək ki, son vaxtlar sürücülər bamper, vinil, işıq, güzgü və bu kimi dəyişikliklər etdikləri üçün YPX əməkdaşları tərəfindən konstruksiya dəyişikliyi adı ilə cərimə olunurlar. 

Məsələ ilə bağlı DYP-nin araşdırma apararaq müvafiq qərar verəcəyinə ümid edirik.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elvin 14 Mart 2019 10:50
salam aleykum. Sizdən bir şey xahiş etmək istəyirəm. Avtonəqliyyat vasitəsi ağ rəngdi, damı panaramadı. Sənətdə yazılıb rəngi mrvari. Mənə bir məlumat verin zəhmət olmasa. DYP əməkdaşı saxlayıb mənə dyir ki, Sizin avtomobildə konstruksiya dəyişirlik var Məndə soruşuram harasında dəyişirlik var. Mənə izah edir ki, guya damı vinil plankadan çəkilib. Məndə izah etdim ki, bu nə vinildi nədə ki plyonkadı - bi şüşədi və vu zavdskoydu. Axrı maşını apardı cərimə meydançasına və sənədləridə özündən götürüb. Düzgün edib və qanun şəkilində hərəkət edib