İndoneziyada zəlzələdən sonra itkin düşənlərin axtarışı dayandırılıb
Gündəm 11 Oktyabr 2018 20:17 36 dəfə oxunub
İndoneziyada zəlzələdən sonra itkin düşənlərin axtarışı dayandırılıb
Son rəsmi məlumata görə 2045 nəfər həlak olmuş və 10,6 mindən çox sakin xəsarət almışdı

İndoneziya hökuməti Orta Sulavesi əyalətində ötən ayın sonundakı güclü zəlzələ və tsunami nəticəsində itkin düşən minlərlə sakin üçün axtarış-xilasetmə tədbirlərini dayandırmaq qərarına gəlib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə əyalət mərkəzi Palu şəhərindəki Təcili Əməliyyat Qərargahından bildirilib.  Bu il sentyabrın 28-də 7,4 maqnitudalı zəlzələ və sonrakı tsunami ilə sel nəticəsində son rəsmi məlumata görə 2045 nəfər həlak olmuş və 10,6 mindən çox sakin xəsarət almışdı. Həmçinin Palu yaxınlığındakı iki yaşayış məntəqəsində itkin düşənlərin sayı azı 5 min nəfər olduğu güman edilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh