İsmayıllıda sürüşmə kütləsi evlərə gəlib çatdı
Gündəm 11 Oktyabr 2018 20:19 58 dəfə oxunub
İsmayıllıda sürüşmə kütləsi evlərə gəlib çatdı
Qoydan kəndində artıq iki aydır davam edən aktivlik genişləndirərək 3 evə çatıb

İsmayıllı rayonunun Qoydan kəndində sürüşmə prosesi aktivləşib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, Qoydan kəndində artıq iki aydır ki, davam edən aktivlik nəticəsində sürüşmə kütləsi əhatə dairəsini daha da genişləndirərək 3 evə çatıb. Bu barədə artıq müvafiq qurumlara məlumat verildiyini deyən ETSN rəsmisi aktivliyin son bir həftə ərzində xüsusilə nəzərə çarpdığını söyləyib. Qoydan kəndində qədim sürüşmə ərazisinin olduğunu xatırladan ekspedisiya rəisi əlavə edib ki, sentyabrın sonu. oktyabrın əvvəllərində kənd ərazisinə düşən atmosfer yağıntılarının miqdarında artımın olması sürüşməni daha da aktivləşdirib. Nazirlik rəsmisi onu da əlavə edib ki, Şamaxının Mədrəsə kəndində də sürüşmə prosesində aktivlik müşahidə edilir: "Həmin kənddə bu proses ötən il başlayıb. Ötən il sürüşmə biçin, otlaq sahələri daxil olmaqla, 40 hektardan artıq ərazini əhatə edirdi. Sürüşmə prosesinin aktivliyi nəticəsində kənddə 5-dən artıq evdə çatlar əmələ gəlmişdi, onlar qəzalı vəziyyətə düşmüşdü. İndi isə artıq oradakı çatların parametrlərində böyümə qeydə alınır".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh