Sovqatın içindən spirtli maye çıxıb
Gündəm 11 Oktyabr 2018 20:24 65 dəfə oxunub
Sovqatın içindən spirtli maye çıxıb
Faktla bağlı araşdırma aparılır

4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akimova Aygün Bəxtiyar qızının yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman “Nabeghlavi” adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh