Bu ölkədə ölüm hökmü ləğv edilir
Gündəm 11 Oktyabr 2018 23:37 150 dəfə oxunub
Bu ölkədə ölüm hökmü ləğv edilir
Malayziyada ölüm hökmü dar ağacından asmaqla icra olunur

Malayziya yaxın vaxtlarda ölüm hökmünü ləğv edəcək. Avtosfer.az-ın “Report”a  istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin Administrasiyası məlumat yayıb. Baş nazir Administrasiyasının rəhbəri Liu Vui Keonq bildirib ki, Nazirlər Kabineti ölüm hökmünün ləğvi haqqında layihəni təsdiqləyərək, parlamentə göndərib. Onun sözlərinə görə, parlamentin Aşağı Palatası “Edam hökmünün ləğvi haqqında” qanun layihəsinə oktyabrın 15-də keçiriləcək növbəti iclasında baxacaq. Baş nazir Administrasiyasının rəhbəri qeyd edib ki, qanun layihəsi müzakirə olunan ərəfədə edam hökmlərinin icrasına moratorium qoyulması vacibdir. Qeyd edək ki, Malayziyada ölüm hökmü dar ağacından asmaqla icra olunur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh