Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı

Texnologiya 11 Oktyabr 2018 23:31 Oxunub 1125
Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir

Pentaqon beşinci nəsil F-35 qırıcılarının uçuşlarının dayandırılması haqqında göstəriş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, səbəblərdən biri kimi təyyarələrin yanacaq sistemində nasazlığın mümkünlüyü göstərilir. Bu üzdən də ABŞ ordusunda olan, habelə digər orduların istifadəsində olan F-35 qırıcılarının hamısı yoxlanılacaq.  Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir.  Qeyd edək ki, müvafiq qərarın qəbuluna sentyabrın 28-də ABŞ-da F-35B qırıcısının qəzaya uğraması səbəb olub.  Lockheed Martin F-35 Lightning II qırıcılarının yaradılması proqramı silah istehsalı tarixinə ən bahalı proqram kimi düşüb. ABŞ bu proqramın icrasına 1,5 trilyon dollar vəsait xərcləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh