Bakıda aptekdə qadının oğurluğu kameraya düşdü - VİDEO
Gündəm 11 Oktyabr 2018 23:16 199 dəfə oxunub
Bakıda aptekdə qadının oğurluğu kameraya düşdü - VİDEO
Pulqabıda az məbləğ olub

Bakıda “28 May” metro stansiyasının yaxınlığında yerləşən apteklərin birində oğurluq hadisəsi qeydə alınıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbər verir ki, müraciət edən zərərçəkmiş S.A. bildirib ki, pulqabısını aptekdə unudub.  Sonradan müşahidə kamerasının yazısını izlədikdə, pulqabının aptekdə olan digər qadın tərəfindən oğurlandığı məlum olub. Qadın əvvəlcə vitrində qalan pulqabının üstünü çantası ilə örtüb. Dərmanları alıb ödəniş etdikdən sonra isə pulqabını da götürərək apteki tərk edib. Zərərçəkmişin sözlərinə görə, pulqabıda az məbləğ olub.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh