Gəncədə yollar yenidən qurulur - VİDEO

Yeniliklər 11 Oktyabr 2018 21:00 Oxunub 1200
Gəncədə yollar yenidən qurulur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses ilkin mərhələdə şəhərin 30 küçəsini əhatə edəcək

Gəncədə yollar yenidən qurulur. Avtosfer.az xəbər verir ki, ilkin mərhələdə asfaltlama işlərişəhərin 30 küçəsini əhatə edəcək. Həmçinin küçələrin işıqlandırma sistemləri də dəyişdiriləcək. Gəncənin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar şəhərin bir sıra küçələrində qazıntı işləri aparılıb. Xətlərin çəkilib, yekunlaşdığı küçələrin asfaltlanması işləri isə indiyədək yarımçıq qalmışdı. Dövlət başçısının sərəncamı ilə Gəncənin yol infrastruktrunun yenilənməsiişlərinə vəsaitin ayrılmasındansonra şəhərdə genişmiqyaslı işlərə başlanıb. Proses ilkin mərhələdə şəhərin 30 küçəsini əhatə edəcək. Yolların asfaltlanması işlərinə parallel olaraq səkilər də abadlaşdırılacaq. Yolların yenidən qurulması ən çox sürücülərin işini asanlaşdıracaq. İlkin mərhələdə asfaltlama işləri ancaq su xəttlərinin çəkilməsi zamanı qazılan küçələrdə aparılacaq. Ara küçələrin asfaltlanması isəsukanalizasiya işləri tam yekunlaşandan sonra nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh