Polis oğrunu kənarda yox, elə qonşuluqda tapdı - VİDEO
Gündəm 11 Oktyabr 2018 22:31 108 dəfə oxunub
Polis oğrunu kənarda yox, elə qonşuluqda tapdı - VİDEO
Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanılıb

Şəmkirdə mənzillərin birindən xeyli miqdarda qızıl zinət əşyaları oğurlanıb. Avtosfer.az xəbər verir ki, polis oğrunu kənarda yox,eləqonşuluqda tapıb. Həmin şəxs oğurladığı qızılları lombardaqoyaraq pul götürüb. Gənc oğlan qonşusunun evindən oğurluq edib. Hadisə Şəmkirdə baş verib.Rayon polis şöbəsinə Qədimqala kənd sakininin mənzilində oğurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub. Zərərçəkənin müraciəti əsasında hadisə yerinə baxış keçirən əməliyyat istintaq qrupu tərəfindən ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyasının oğurlandığı müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu 22 yaşlı Salman Qurbanzadə saxlanılıb. Müəyən edilib ki, Salman Qurbanzadə oğurladığı qızıllları Şəmkir şəhərində lambardlardan birinə girov qoyaraq, pul götürüb. Həmin pulları isə özünə xərcləyib. Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh