Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Qəzalar 11 Oktyabr 2018 21:16 Oxunub 620
Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi "Toyota Land Cruiser" markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh