Avtonom avtomobil hər yerdə yolu tapa bilir

Avtoxəbər 12 Oktyabr 2018 23:58 Oxunub 2006
Avtonom avtomobil hər yerdə yolu tapa bilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın üzərindəki sensorları istifadə edərək bu yerli nöqtələrə gedən bir yol meydana gətirir

Atonom avtomobillərin böyük şəhərlərdə sınanmasının gözəl bir səbəbi var. Başqa yerlərdə bu avtomobillər yolunu tapa bilməyib itirlər. Tipik olaraq səki kənarlarını, lentləri və işarələri təyin etmək üçün yaxşı təkmilləşdirilmiş 3D xəritələrə ehtiyac duyurlar. Buna görə də şəhərin xaricində, xəritədə işarələnməmiş yerlərdə itirlər. Amma MIT CSAIL-in bu vəziyyət üçün bir həlli ola bilər. Firmanın araşdırmaçıları, Toyotadan da bir az kömək alaraq, MapLite adında yeni bir iş hazırladılar və bu sayədə avtomobillər heç bir 3D xəritə olmadan yolunu tapa biləcək. Sistem, GPS istifadə edərək vasitənin mövqesi haqqında sadə bir məlumat əldə edir və bu məlumat ilə son ünvan nöqtəsini təyin edir. Maşın daha sonra, üzərindəki sensorları istifadə edərək bu yerli nöqtələrə gedən bir yol meydana gətirir, LiDAR istifadə edərək yolun kənarlarını hesablayır. Ümumi, parametr-əsaslı modellər, avtomobilə qovşaqlarda və spesifik yollarda nə edəcəyinə dair fikir verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh