Polisə rüşvət verən azərbaycanlı həbs edildi

Xəbərlər 1 Fevral 2015 00:39 Oxunub 2170
Polisə rüşvət verən azərbaycanlı həbs edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmyerlimiz polisə 10 min rubl məbləğində rüşvət verib

Rusiyanın Kalujski vilayətinin Kirov rayon məhkəməsində Azərbaycan vətəndaşına qarşı hökm çıxarılıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, 30 yaşlı azərbaycanlı polisə rüşvət verməkdə müqəssir bilinib. Cinayət 2014-cü ilin 2 oktyabr tarixində qeydə alınıb. Həmyerlimiz Rusiya Daxili İşlər Nazirliyinin “Kirovski” bələdiyyələrarası şöbəsinin xidməti otağında polisdən qohumunun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş edib. Əvəzində isə o polisə 10 min rubl məbləğində rüşvət verib. Rüşvət əməliyyat eksperimenti çərçivəsində verilib, qanun pozucusu saxlanılıb.

Kalujski vilayət prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə soydaşımızın 50 min rubl məbləğində cərimə olunması haqqında qərar çıxarıb, hökm hələ qanuni qüvvəyə minməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh