Əks yola çıxan avtobus sürücüsü cəzalandırıldı - VIDEO

Avtosfer TV 12 Oktyabr 2018 09:11 Oxunub 1399
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümid edirik ki, BNA tərəfindən həmin marşurutun sahibinə və sürücüyə səlahiyyətləri çərçivəsində cəza tətbiq olunacaq

Sürücülərdən biri Avtosfer.az saytına videogörüntü göndərib. Belə ki,10.10.2018 tarixində, 12:46 radələrində, Ali Məhkəmənin yaxınlığında 10 TB 757 DQN-lı marşrut avtobusunun sürücüsü 1.1 nişanlanma xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxır. Sürücü yoluna davam edəndə görüb ki, qarşıda 99 YP 428  DQN-lı avtomobildə xidmət aparan YPX əməkdaşı avtobusu saxaltdırıb avtobusun sürücüsünə protokol tərtib edib. Videogorüntünü göndərən oxucumuz bir vətəndaş olaraq bu cür operativ fəaliyyətə görə DYP əməkdaşına öz təşəkkürünü bildirir. Ancaq ümid edir ki, BNA tərəfindən həmin marşurutun sahibinə və sürücüyə səlahiyyətləri çərçivəsində cəza tətbiq olunacaq.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh