Qasırğa ABŞ bazasını dağıtdı – VİDEO
Gündəm 12 Oktyabr 2018 09:38 194 dəfə oxunub
Qasırğa ABŞ bazasını dağıtdı – VİDEO
“Təhlükəsizlik zəmanəti verilməyənədək sizi və ailənizi evlərinizə qaytarmayacağam”

ABŞ-ın şərq sahillərini bürüyən “Maykl” qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı Tindall bazasına ciddi zərər verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı bazanın komandiri Brayan Leydlou “Facebook” hesabında məlumat yayıb. Qeyd edilib ki, bazadakı binaların bəziləri tamamilə dağılıb, qalan tikililərə ciddi ziyan dəyib. “Bazanın əsaslı təmirə ehtiyacı var. Təhlükəsizlik zəmanəti verilməyənədək sizi və ailənizi evlərinizə qaytarmayacağam. Bunun üçün nə qədər vaxtın lazım olduğunu bilmirəm”, - hərbçi bildirib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh