İcazəsiz balıq ovlayan saxlanılıb
Gündəm 12 Oktyabr 2018 10:09 154 dəfə oxunub
İcazəsiz balıq ovlayan saxlanılıb
Faktla bağlı toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb. Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh