Azərbaycanlı taksidə 10 min dollarını unutdu - VİDEO
Gündəm 12 Oktyabr 2018 10:43 190 dəfə oxunub
Azərbaycanlı taksidə 10 min dollarını unutdu - VİDEO
Sürücü Yaqub Bayıroğlu pulları sahibinə qaytarıb

İstanbulda istifadə etdiyi taksidə cibində 10 min dollar olan pencəyini unudan azərbaycanlı iş adamının pulları geri qaytarılıb.  Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yenibosnada baş verib. 40 yaşlı Tahir Məmmədov taksidən enərkən pencəyini götürməyi unudub. Bir müddət sonra vəziyyəti anlayan Məmmədov taksi sürücüsünün telefon nömrəsini tapıb və onunla əlaqə saxlayıb.  Sürücü Yaqub Bayıroğlu pulları sahibinə qaytarıb. “Avtomobildən düşən zaman pencəyini unudub. Düşdükdən 3-4 dəqiqə sonra mənə zəng etdi. Görüşüb, pulunu qaytardım”, - sürücü deyib.  Tahir Məmmədov isə sürücüyə bu addımına görə təşəkkür edib: “Yaquba təşəkkür edirəm. Azərbaycandan gəlmişəm. Biz, əslində, bir millət, iki dövlətik. İstanbulda belə bir şeyin başıma gələcəyini bilməzdim. Ticarət işi ilə bağlı pulu yanımda götürmüşdüm. Allah ondan razı olsun. Məni çox sevindirdi”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh