Avtomobillə vurulan piyada xəstəxanada ölüb - Xudatda

Qəzalar 12 Oktyabr 2018 11:00 Oxunub 807
Avtomobillə vurulan piyada xəstəxanada ölüb - Xudatda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla cinayət işi başlanıb, araşdırma aparılır

Xaçmaz rayon Çinartala kənd sakinini Xutatda avtomobil vuraraq öldürüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Xudat şəhərində baş verib.  Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Almas Qəzənfər oğlu Hacıyevi avtomobil vurub. O, təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı A.Hacıyevin ağır bədən xəsarətləri aldığı məlum olub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh