Avtomobildən qanunsuz siqaret və mobil telefonlar aşkarlanıb – FOTO + VİDEO
Gündəm 12 Oktyabr 2018 11:27 176 dəfə oxunub
Avtomobildən qanunsuz siqaret və mobil telefonlar aşkarlanıb – FOTO + VİDEO
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd "Marlboro" və 2180 ədəd "Kent" markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid telefon qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində "Mİ A2 Lite" yazısı olan və 3 ədəd üzərində "Redmi Note 5" yazısı olan mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Namiq

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh