Alimlər özünü bərpa edən material hazırlayıblar

Texnologiya 12 Oktyabr 2018 23:32 Oxunub 1176
Alimlər özünü bərpa edən material hazırlayıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni materialdan qoruyucu dam örtüklərinin, təmir və tikinti materiallarının istehsalında istifadə etmək mümkündür

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksid qazı ilə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiri ilə özünü bərpa etməsidir. Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur. Yeni materialdan qoruyucu dam örtüklərinin, təmir və tikinti materiallarının istehsalında istifadə etmək mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh