Şorun içində psixotrop maddə keçirilməsinin qarşısı alınıb
Gündəm 12 Oktyabr 2018 11:39 118 dəfə oxunub
Şorun içində psixotrop maddə keçirilməsinin qarşısı alınıb
Faktla əlaqədar araşdırma aparılır

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop dərman preparatı keçirilməsi cəhdlərinin qarşısı alınıb. Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Həsənov Salman Yaşar oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman plastik qabın içərisində olan şora əzilərək qatılmış 5,314 qram “Tramadol” dərman preparatı aşkar olunub. Faktla əlaqədar araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh