Bakı-Sumqayıt dəmir yolu xətti avtomobil yolu ilə kəsişməyəcək
Gündəm 12 Oktyabr 2018 11:51 130 dəfə oxunub
Bakı-Sumqayıt dəmir yolu xətti avtomobil yolu ilə kəsişməyəcək
“Dairəvi yolda 14 stansiya olacaq”

“Bakı-Sumqayıt dairəvi yolunda bir tərəfə yolun uzunluğu 42 km, əks istiqamətdə isə 47 km-dir”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. “Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər. Bakıdan Sumqayıta qədər yeraltı-yerüstü keçidlərin sayı 20-yə yaxındır. Binədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh