İki qız oğlana görə saçyolduya çıxdılar - VİDEO
Gündəm 12 Oktyabr 2018 12:15 287 dəfə oxunub
İki qız oğlana görə saçyolduya çıxdılar - VİDEO
Polis onların hər ikisini saxlayaraq bölməyə aparıb

Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib. Avtosfer.az-ın azxeber.com-a istinadən məlumata görə, axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb. Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər. Nəticədə polis onların hər ikisini saxlayaraq bölməyə aparıb. Bu zaman onlar polisə də çətin anlar yaşadıblar. Hadisə şəhidlərinin sözlərinə görə, iki qız arasındakı insident oğlana görə olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh