Goranboyda ağır yol qəzası: 1 ölü, 5 yaralı

Qəzalar 12 Oktyabr 2018 12:19 Oxunub 759
Goranboyda ağır yol qəzası: 1 ölü, 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır

Goranboy rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh