İki marşrut xəttində dəyişiklik edilib
Gündəm 12 Oktyabr 2018 13:02 195 dəfə oxunub
İki marşrut xəttində dəyişiklik edilib
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh