"Yeni metro stansiyanlarının tikintisi niyə ləng gedir?"- EKSPERT

Yazarlar 12 Oktyabr 2018 13:28 Oxunub 2700
"Yeni metro stansiyanlarının tikintisi niyə ləng gedir?"- EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda sərnişin daşınmasında Metropolitenin payı 20% civarındadır

Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı müxtəlif təkliflər səslənir. O cümlədən metro stansyalarının sayının artırılması, Sumqayıtdan təkcə “20 yanvar” və “Korğolu” stansiyaları deyil, digər metrostansiyaları yaxınlığına da avtobus xətlərinin açılmasını bildirirlir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov meto stansiyalarının sayının artılması məsələsini Avtofer.az-a şərh edib. Bildirib ki, Bakı Metropoliteninin dövlət müstəqilliyimizin bərpasından əvvəlki 24 illik inkişafı dövründə 18 stansiya və hazırda yeganə olan depo istifadəyə verilib. Amma 27 illik müstəqilliyimiz dövründə cəmi 7 yeni stansiya istifadəyə verilib (az qala 4 ilə 1 stansiya). Həmin 7 stansiyadan da ikisi (C.Cabbarlı və Əcəmi-2 satansiyaları) keçid satansilarıdır, yəni şəhərin yeni ərazisini əhatə etmir. Elə bu səbəbdəndir ki, Bakıda sərnişin daşınmasında Metropolitenin payı 20% civarındadır.


Ekspert deyir ki, Bakı şəhərində ictimai nəqliyyatın hazırkı durumunun heç kəsi qane etmədiyi, avtomobilləşmə səviyyəsinin cəmi 25% ətrafında olmasına baxmayaraq mütəmadi tıxacların müşahidə edildiyi hazırkı şəraitdə əsas hədəflərdən biri Metropolitenin ikişafı olmalıdır. “Bu istiqamətdə çoxlu vəsait ayırmaq və həmin vəsaitlərdən səmərəli istifadə etməklə metro şəbəkəsini sürətlə genişləndirmək, Sumqayıt, Xırdalan və Bakı aqlomerasiyasının digər iri məntəqələrini metro ilə əhatə etmək lazımdır.


Paytaxtda əsas sərnişin axını Şərq-Qərb istiqamətində və əksinə baş verir. Bu istiqamətdə isə Metropolitenin bircə xətti var, yəni bütün qatarlar “28 May” satansiyasından sonra Şərqə doğru və əksinə bircə xətdən istifadə edir. Bu isə ən ideal intervalda da sərnişin axınını götürə bilməz. Ona görə də ən yaxın zamanda 2-ci Şərq-Qərb (Xətaidən Günəşliyə doğru) xətti də açılmalı, dairəvi sistem təmin olunmalı, qalan istiqamətlərdə şaxələnmələr davam etməlidir.


Şəxsən mənə maraqlıdır ki, nəyə görə C.Səlimov küçəsində yeni stansiyanın tikintisi az qala Baykal-Amur dəmiryol xətti qədər vaxt aparır. Belə getsə, növbəti 27 ildə heç 7 stansiya da tikə bilməyəcəyik.”

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh