İki məşhur brend; bir möhtəşəm Super GT Bakıda təqdim edildi – VİDEO-FOTO
Avtoxəbər 12 Oktyabr 2018 17:03 556 dəfə oxunub
İki məşhur brend; bir möhtəşəm Super GT Bakıda təqdim edildi – VİDEO-FOTO
Yeni ‘’DBS Superleggera’’-nın təqdimatı baş tutub

DBS Superleggera- bir deyil, iki tanınmış brendin yenidən canlanmasının göstəricisidir. Aston Martin ilk dəfə 1967-ci ildə DBS ilə işıq üzü görən bir simvol etiketini canlandırarkən, ‘’Tourig’’-in məşhur markası olan Superleggera yenidən bir daha ‘’Aston Martin’’-nin kapotunu bəzəyəcək. İlkin olaraq DB4, DB5 və DB6 MARK 1 ilə əməkdaşlığa başlayan DBS Superleggera məşhur İtaliyan avtomobil yaradıcılarının tarixi sayılan yüngül konstruksiya texnologiyasına ehtiramla yanaşır.


Yeni DBS Superleggera Aston Martinin davamçısı olan Super GT-yə malikdir. Öz qaydalarına əsaslanaraq dünya birinciləri ilə mübarizə aparır. İncə şəkildə özündə heykəltaraşlıq elementləri daşıyan karbon fiber örtüklü panellərinin hazırlanmasında brend yüksək indivudual stildən ilhamlanıb. Aston Martinin 5.2 litrli cüt turbo V12 silindirli mühərriki epik performansa sadiq qalaraq möhtəşəm güc, nəfəskəsici idarə etmə torqu və qeyri-adi transmissiya performasına köklənib.

Britaniya marque-nin (xüsusi avtomobil istehsal edən müəssisə) möhtəşəm yeni Super GT markası kimi DBS Superleggera tanınmış Vanquash S-i əvəz edir. Bu mübarizə üçün çox çətin bir hal olsa belə, lakin biriləri bunu etmək məcburiyyətində idi. 725PS ilə 900m fırlanma anı, maksimum sürət 211 mil və yüksək sürət ilə yalnız 3.4 saniyədə 0-62mph və 6.4 saniyədə 0-100mph-ə qədər arta bilən DBS Superleggera unudulmaz sürücülük təcrübəsi və 50-100mph ilə yalnız 4.2 saniyəyə transmissiyanın dördüncü pilləsinə qalxmağa nail olub.

İlkin olaraq dekorasiya və Aeroblade kimi innovativ aerodinamika konsepsiyaları DB-11-də görülüb və daha sonra təkmilləşərək F1 ikiqat diffuzoru əlavə edilib. DBS Superleggera VMAX-da Aston Martin seriyası istehsalında ən böyük rəqəm hesab olunan 180-kqlıq yerə sıxılma gücü istehsal edir. Bu əhəmiyyətli artım heç bir gecikmə olmadan baş verir.

 

DBS Superleggeranın ürəyi Aston Martinin-in 5.2 litrlik cüt turbo V12 mühərriyi hesab olunur.  Ağırlıq və çəki paylama mərkəzinin optimallaşdırılması üçün mümkün qədər aşağı və şassidən uzaq yerlər seçilib, bu yüksək performans sərgiləyən mühərrik 6500 dövr/dəq-də 725 at gücü və 1800-5000-dövr/dəq-dən 900nm istehsal edir. V12-nin aktivləşdirilməsi və effektiv klapanları olan dörd quyruq boruları ilə yeni bir egzoz (qazların xaric etmə sistemi) strategiyası ilə DBS-nin ətraflı qurulması DBS Superleggeranın komanda və güclü səs xarakterinə malik olmasını təmin edir, Xüsusi ilə daha çətin dinamik rejimlərdə Super GT kimi incəlik və sükunət səviyyəsini qoruyub saxlayır.

DBS Superleggera açarsız giriş, şin təzyiqini yoxlama sistemi, 360% Parking Distance Display və Park Assist kamerası kimi standart avadanlıqların ən yüksək səviyyəsinə malikdir. Audio sistemi özündə DAB plus Bluetooth audio və telefon, iPod, iPhone və USB ilə qoşulma xüsusiyyətlərini birləşdirir. Avtomobil peyk naviqasiya sistemi və wi-fi ilə təchiz olunmuş mərkəzə malikdir. Avtomobilin daxilində mərkəzi toxunuşla idarə olunan LCD ekranını dəstəkləyən əyləncəli-informativ sistemlər mövcuddur.
DBS Superleggera, flaqman statusuna sahib olduğu sayəsində, qabaqcıl vəziyyətinə uyğun olaraq, yüksək səviyyəli seçimlərin fərdiləşdirilməsinə görə geniş əhatəli bir sənətkarlıq xüsusiyyəti daşıyır.Həmçinin standart sayılan aromatik dəri və Alcantra döşəmə örtüyü ilə təchiz olunur, bundan əlavə olaraq da Sport Plus oturacaqlarına və sükanına malikdir.  İki təkər dizaynı arasında seçim mümkündür, bunlardan standart sayılan ‘’Y’’ Spoke Forged Wheel və Lightweight Twin Spoke Forged Wheel təkərləridir. Hər ikisi 21 diametrli və DBS Superllegera üçün hazırlanmış Pirelli şinləri ilə təchiz olunmuşdur. DBS Superleggera-nın imicini əks etdirən xüsusi aspektlərini önə çəkmək məqsədi ilə, Aston Martin dizayn komandası tərəfindən xüsusi seçilmiş rəng və ümümi görünüş kimi Dizayn Xüsusuiyyətləri seçimləri də var. 

Aydın və göz oxşayan zərif materiallardan istifadə edərək, interyer də öz növbəsində möhtəşəm dizayn ilə işlənib. Əsrarəngiz dəstəkləyici Sports Plus oturacaqları tam olaraq sizin rahatlığınızı təmin edir, Sports Plus sükanı isə başqa bir mükəmməllikdir.  Avtomobil salonunda sürücününün diqqətinin cəmlənməsi üçün xüsusi məlumat çərçivəsi də yerləşdirilib.  

Superleggera prinsiplərinin müasir şəkildə təsvir edən DBS Superleggera aliminium çərçivə üzərində qurulub. DB11, DBS Superleggera-nın dəstəklədiyi güc və çəki səmərəliliyi ilk olaraq yeni arxitekturanın təkammülü, avtomobilin karbon fiber gövdə panelləri tərəfindən dəstəklənir. Nəticə olaraq bu güclü və sərt bir quruluşdur, həm də DBS11-dən 72kq daha yüngüldür, ümumi gövdə ilə 1693 kq təşkil edir.
Yeni DBS Superleggeranın ən böyük hədəfi, sürücülərin bütün qabiliyyətlərini ortaya qoymaq imkanı yaradan və həyəcan verici Super GT yaratmaq idi. Buna nail olmaq üçün əsas diqqət güc və fırlanma anının əhəmiyyətli artımını təmin etmək, şəraitin imkan verdiyi halda təcrübəli sürücülərin istəklərini həyata keçirərkən güc və fırlanma anının istifadəsinə imkan yaradan, daha az təcrübəyə sahib sürücüləri qorxutmamaq məqsədi ilə şassi ilə təmin etməkdir. Mat Bekerin rəhbərliyi altında olan Nəqliyyat Vasitələrinin İstehsalı Mühəndisliyi Aston Martinin dinamik komandası ilə birgə bunu yaratmaq üçün əllərindən gələni etmişdirlər.

 Avtomobil ön hissədən double wishbone və arxa hissədən multi-link tipli asqı sistemi ilə təchiz olunmuşdur. Adaptiv söndürmə xüsusiyyətləri standart olaraq, avtomobildə idarə etmənin üstünlüyünü aşkar edən, həmçinin sürücünün tələblərini həyata keçirən sensordur. DBS Superleggeranın geometrikası DB11dən 5mm aşağı olmaqla, ön və arxa asqılara tətbiq edilmiş geometrik əlavələrin köməyi ilə avtomobilin aerodinamikası və idarə etmənin effektivliyinin artırılmasına zəmin yaradıb.

Uzunluğa və yana doğru hərəkətə daha möhkəm nəzarət üçün mühərrikə hissə dəyişiklikləri edilib, bu isə V12 mühərriklərinin kütləsinin ilkin sükan reaksiyasını gücləndirmək və döngələrdən keçmə axıcı olaraq keçməyə və daha böyük həddə stabilliyi idarə etməyə imkan verir. Bu yeni qurğular şaquli vəziyyətdə saxlanılır və tormozlama xüsusiyyətləri sürüşmə zamanı rahatlıqla istifadə edilir və DB11modelinə yaxındır.

Aston Martinin dizayneri William Towns tərəfindən dizayn edilən DBC, DB6-dan dramatik şəkildə uzaqlaşmışdır və markanın qabaqcıl modelini tamamlamaq üçün düşünülmüşdür. Aston Martinin məşhur altı silindirli Tadek Marek mühərrikindən (hər ikisində daimi və daha güclü “Vantage”) ilhamlanaraq aerodinamik 4 qapılı DBS modeli 1970-ci ilə qədər, DB6 ilə bərabər 3 il ərzində davamlı olaraq istehsal edilib.

Aston Martinin daha agressiv tərz və yüngül karbon fiberdən hazırlanmış karkaslı yeni DBS-i 6 litrlik, 510 at gücü V12 mühərrikiylə gücləndirilib. Bu mötəşəm model saatda 190 sürət nümayişi, Aston Martinin yeni Adaptive Damping Suspension sensorlar vasitəsilə real vaxt rejimində təkərlər altındakı yolun nəzarətdə saxlanılması  və karbon seramik əyləci ilə diqqəti cəlb edir.
Başlanğıcda  6 sürətli mexaniki ötürücü qutu təqdim edilmişdi, lakin DBS-nin sonrakı versiyalarında isə mexaniki seçim və ya “TouchTronic 2” avtomatik yaradıldı. 2009-cu ildə Aston Martin DBS Volante -  ilk üstü açıq modelini  təqdim etdi. Mexaniki cəhətdən “Coupe” ilə eyni olmağı Aston Martin müştəriləri arasında dərhal məşhurlaşdı. İkinci nəsil DBS və DBS Volantenın istehsalı 2012-ci ildə dayandırıldı.
İndi isə yeni BDS Superleggera-nın təqdimatı ilə, Aston Marti-nin ən karizmatik və ən yüksək performanslı modellərindən birini salamlayırıq.

 

Emin

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh