DYP Gəncədə parklanmaya görə cərimə məsələsinə aydınlıq gətirdi - VIDEO

Yol polisi 12 Oktyabr 2018 23:04 Oxunub 1408
DYP Gəncədə parklanmaya görə cərimə məsələsinə aydınlıq gətirdi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: "Tam qanuna uyğundur"

Baş Dövlət Yol Polisi İdarəsi Gəncə şəhərində sürücülərin qanunsuz olaraq dayanma-durma qaydalarını pozmağa görə YPX əməkdaşları tərəfindən cərimə yazılması barədə Avtosfer.az saytında yayımlanan məlumata münasibət bildirib. 
İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, həmin ərazidə sürücülərin dayanma-durma qaydalarını pozmasına görə, cərimələnməsi qanunauyğundur. Belə ki, "Yol hərəkəti haqqında qanun"un 52-ci maddəsinin ikinci hissəsinə əsasən həmin ərazidə parklanma qadağan edilib. Onun sözlərinə görə, yolun sol tərəfində nəqliyyatın əks istiqamətinə dayanmaq qanunaziddir. Yolun digər tərəfində isə nişan var.
Bu baxımdan ərazidən çəkilən fotodan da göründüyü kimi, orada parklanma yol nişanı ilə qadağan edilib. Lakin bəzi sürücülər qadağa zonasında avtomobili park etdiyinə görə onların barəsində inzibati protokol tərtib olunub.

Fotonu Avtosfer.az Kamran Əliyev özü təqdim edib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh