Gəncə olaylarına görə axtarılan şəxs - Rusiyada saxlanıldı
Gündəm 12 Oktyabr 2018 20:27 117 dəfə oxunub
Gəncə olaylarına görə axtarılan şəxs - Rusiyada saxlanıldı
Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb

Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs ötən gün Rusiyanın paytaxtı Moskvada saxlanılıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.  Bu ilin iyulundan İnterpol xətti ilə axtarışda olan və adı qeyd olunmayan 34 yaşlı şəxs Azərbaycan CM-nin “terrorozim”, “qəsdən adam öldürməyə cəhd”, “qanunsuz silah dövriyyəsi”, “dövlət qulluqçusunun həyatına qəsd”, “hakimiyyətin zorla ələ keçirilməsi”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı qruplaşma yaratmaq”, “dövlətə qarşı yönələn ictimai çağırışlar etmək” maddələri ilə axtarışa verilib.  İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir.  Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb. Xatırladaq ki, bu ilin iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılıb. Baş prokuror Zakir Qaralov ötən ay açıqlamasında 77 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, 11 nəfər haqqında axtarış elan edildiyini, axtarışda olan 2 nəfərin isə  tutularaq ölkəyə gətirildiyini bildirmişdi.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh