AZAL reysləri İstanbulun üçüncü hava limanına yönləndirəcək
Gündəm 12 Oktyabr 2018 20:33 91 dəfə oxunub
AZAL reysləri İstanbulun üçüncü hava limanına yönləndirəcək
“Yeni hava limanında tarif siyasəti “Atatürk” hava limanı ilə eyni səviyyədə qalacaq”

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti hazırda İstanbulun Atatürk hava limanına hərəkət edən reysləri üçüncü hava limanına yönləndirəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. P.Kəsəmənskinin sözlərinə görə, yeni hava limanına müntəzəm reyslər həm AZAL, həm də “Silk Way” tərəfindən həyata keçiriləcək: “Yeni hava limanında tarif siyasəti “Atatürk” hava limanı ilə eyni səviyyədə qalacaq”. P.Kəsəmənski əlavə edib ki, “Buta Airways” aviaşirkəti indiki tarif siyasəti çərçivəsində “Sabiha Gökçən” hava limanına reysləri davam etdirəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh