Səyahətə çıxanlar üçün hava proqnozu AÇIQLANIB
Gündəm 12 Oktyabr 2018 20:45 96 dəfə oxunub
Səyahətə çıxanlar üçün hava proqnozu AÇIQLANIB
Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 17-21, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək. Aran rayonlarında oktyabrın 13-ü gündüz, 14-də gün ərzində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava şəraiti, əsasən, yağmursuz keçsədə, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 19-24 dərəcə isti təşkil edəcək. Nazirlik paytaxt qonaqlarının nəzərinə çatdırır ki, okytabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh