"Maykl" qasırğasının qurbanlarının sayı 11-ə çatıb
Gündəm 12 Oktyabr 2018 20:56 99 dəfə oxunub
"Maykl" qasırğasının qurbanlarının sayı 11-ə çatıb
Qasırğanın vurduğu potensial zərər milyardlarla dollar dəyərində qiymətləndirilir

ABŞ-da "Maykl" tropik qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. ABŞ-ın Virciniya ştatının Fövqəladə Hallar Departamentinin məlumatına görə, ştatın 5 sakini ölüb, 520 min nəfər elektrik enerjisiz qalır. Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi. "Maykl" qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına ciddi ziyan vurub. Qasırğanın vurduğu potensial zərər milyardlarla dollar dəyərində qiymətləndirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh