Yol polisi olmasaydı o indi həyatda deyildi – DYP-yə təşəkkür etdilər

Xəbərlər 13 Oktyabr 2018 01:36 Oxunub 3362
Yol polisi olmasaydı o indi həyatda deyildi – DYP-yə təşəkkür etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Zarat postunda YPX əməkdaşları fədəkarlıq göstərib bizə köməklik etdilər”

Bakı şəhər sakini İlkin Məmmədov yol polisinin fəaliyyəti ilə bağlı Avtosfer.az-a müraciət edib. O bildirib ki, oktyabrın 9-da xidməti zərurətlə əlaqədar olaraq 3 iş yoldaşı ilə birlikdə Rusiya Federasiyası ilə sərhəd olan Xaçmaz keçid məntəqəsindən Bakiya qayıdarkən gözlənilməz hadisə ilə üzləşiblər: “Gecə saat 20.40 radələrində əməkdaşlarımızdan birinin halı qəflətən pisləşdi. Çarəsiz qaldıq, nə edəcəyimizi bilmədik. Bir anda temperatur qalxdı, vəziyyət gərginləşdi. Biz özümüzü yol polisinin Zarat postuna yetirdik. Orada xidmət aparan YPX əməkdaşı Sahil Ərəbov və digər 2 inspektor bizə yaxınlaşdı, fədəkarlıq göstərib köməklik etdilər. Həmin yol polisi Sahil Ərəbov olmasaydı bəlkə də indi bizim iş yoldaşımız həyatda olmazdı. Mən özümə borc bildim ki, onun bu xidmətini ictimailəşdirək. Qoy, belə əməkdaşların sayı çox olsun.
Xidməti zərürətlə əlaqədar olaraq məlumatı sizə gec göndərsəm də, bunu özümə borc bildim ki, həmin yol polisi əməkdaşının insanlara necə xidmət etməsindən hər kəsin xəbəri olsun. İş yoldaşlarım adından Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm ki, hər zaman xalqın mənafeyinə uyğun xidmət aparır, çətin anlarda insanların köməyinə gələn əməkdaşlar yetişdirir. Bu üzdən də mən bizə köməklik göstərən yol polisi əməkdaşının mükafatlandırılmasını xahiş edirəm”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh